Azərbaycanda valyutadəyişmə məntəqəsinə qumbara atıldı: Yaralananlar varbackend

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

“Yeni Gundem” xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb.

Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

APA