Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən gürcü bloger: “Təəssüratlarım çox dəhşətlidir”backend

“Baş verənləri, real vəziyyəti görmək üçün buraya gəlmişəm, hazırda Cəbrayıldayıq. Böyük ərazisi, əhalisi çox olan rayon olub”.

Bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmiş gürcüstanlı bloger Melisa Geladze deyib.

O, Cəbrayılda çoxlu uçurulmuş evlər gördüyünü bildirib: “Mən bilmirəm, bunu necə adlandırmaq olar. Qazılmış, dağıdılmış məzarları gördüm. Bilmirəm bunu hansı xalq edər? Qəbirdə olanların günahı nədir ki, sümüklərini çıxarırsınız? Təəssüratlarım çox dəhşətlidir. Amma Allaha şükür ki, Azərbaycan öz torpaqlarını qaytardı. İnanıram ki, Azərbaycan bu əraziləri yenidən quracaq. Ümid edirəm ki, göz yaşları ilə burdan qovulan qaçqınlar tezliklə yenidən öz yurdlarına yerləşdiriləcək”.

M.Geladze qonşu Azərbaycana sülh və çiçəklənmə arzulayıb.

APA