Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildibackend

Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.

Bu barədə qızı Fidan Cəfərova məlumat verib.

O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər “Yeni Klinika”ya yerləşdirildiyini deyib: “Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər”.

APA