Azərbaycanlı idman ustası Ukraynada HƏLAK OLDU – FOTObackend

Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.

“Yeni Gundem” xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Elçin Muradov Ukraynadakı müharibədə həyatını itirib.

O, beynəlxalq dərəcəli hakim, boks üzrə idman ustası olub.

E.Muradovun hansı istiqamətdə gedən döyüşlərdə və hansı şəraitdə həlak olduğu barədə məlumat verilmir.