Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib.
“Yeni Gundem” konkret.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
İş adamının qəfildən ürəyi dayanıb.
Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri Ukrayna-Rusiya müharibəsi zamanı dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.