“Azercell” qiymətləri artırmağa davam edəcək – Ekspertbackend

“Azercell” qiymətləri artırmaqda davam edir. Sözügedən Telekom bu dəfə də daha bir neçə ölkə üzrə rouminq xidmətini bahalaşdırıb.

“Azercell”in növbəti bahalaşdırma siyasətini şərh edən mobil rabitə üzrə ekspert İlkin Məmmədkərimov bildirib ki, “Azercell”in heç bir ehtiyac olmayan qiymət artımları hələ davam edəcək:

“Heç bir rəqabət mühiti olmadığı halda qiymət artımı həyata keçirilir. Halbuki buna heç bir əsas yoxdur. Bir müddət sonra bəzi tariflərin də qiyməti qalxacaq. Artıq provayderlər tarifləri paketlərlə əvəz etməyə hazırlaşır. Bu paketlərdə də qiymətlər qalxsa da, danışıq dəqiqələri, digər təkliflər aşağı salınır. “Azercell”də həmişəki kimi xidmət aşağı, qiymət yuxarıdır. Heç bir yenilik yoxdur. Sadəcə qiymət artırmaqla məşğuldurlar”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.