AzTU-da yaradılan Dil Mərkəzi fəaliyyətə başlayıbbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində yaradılan Dil Mərkəzi fəaliyyətə başlayıb.

AzTU-dan “Yeni Gündəm”-ə bildirilib ki, məqsəd yerli və əcnəbi tələbələrin karyerada inkişaf perspektivlərini artırmaları üçün əlavə dil öyrənməyə (xüsusilə ingilis dili) artan maraq və istəklərinin nəzərə alınmasıdır. Mərkəzdə AzTU tələbələrinə 10 dilin (Azərbaycan, ingilis, rus, ispan, italyan, fransız, portuqal, alman, ərəb və Çin) öyrənilməsinin peşəkar və qabaqcıl variantları tədris ediləcək.
Mərkəzdə 10 dildə tərcümə xidmətləri də göstərilir. Buranın digər vacib missiyalarından biri də universitetdaxili mədəni-kütləvi tədbirlərin keçirilməsi və əcnəbi tələbələr arasında ünsiyyət yaratmaqdır. Mərkəzin fəaliyyəti haqqında daha ətraflı məlumat almaq üçün müraciət və sualları [email protected] elektron ünvanına yollamaq və ya (+99412) 539 11 25 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.