Azərbaycan Texniki Universiteti (AzTU) 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə doktoranturaya sənəd qəbulu elan edir.
Kompüter elmləri;
Dinamik sistemlər və optimal idarəetmə;
Deformasiya olunan bərk cism mexanikası;
Maşınların, cihazların və aparatların dinamikası, möhkəmliyi;
Elektronika;
Termodinamika;
Üzvi kimya;
Fiziki kimya;
Kompozit materialların kimyası və texnologiyası;
Kimya texnologiyası və mühəndisliyi;
Kompüter qurğuları və texnologiyası;
Hidravlika və mühəndis hidrologiyası;
Elektrotexnika, elektrotexnika mühəndisliyi;
Elektron texnologiyası;
Sənaye texnologiyası;
Cihazqayırma texnologiyası;
Materiallar texnologiyası;
Maşınqayırma texnologiyası;
Maşınlar, avadanlıqlar və proseslər;
Metallurgiya texnologiyası;
Avtomobil texnikası;
Enerji texnologiyası;
Dəmiryol texnikası;
Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları;
Toxuculuq və yüngül sənaye materiallarının və məhsullarının texnologiyası;
Nəqliyyat sistemləri texnologiyası;
Xüsusi əməliyyatlar texnologiyası;
Mühəndis həndəsəsi və kompüter qrafikası;
Robotlar, mexatronika və robot texnikası sistemləri;
Maşın və mexanizmlər nəzəriyyəsi;
İnformasiya ölçmə və idarəetmə sistemləri;
Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi;
İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi;
Elektrotexniki sistemlər və komplekslər;
Elektrik stansiyalar (elektrik hissəsi), elektroenegetik sistemlər;
Sənaye istilik energetikası;
İstilik texnikasının nəzəri əsasları;
Yüksək gərginliklər texnikası;
Nanotexnologiya və nanomateriallar (sahələr üzrə);
Daşınma proseslərinin idarə edilməsi;
İnformasiya sistemləri və prosesləri, informatikanın hüququ aspektləri;
Ekonometriya iqtisadi statistika;
Texnoloji innovasiyalar iqtisadiyyatı;
Sənayenin təşkili və dövlət siyasəti;
Sahə iqtisadiyyatı;
Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri AzTU-nun Magistratura və doktorantura şöbəsinə təqdim etməlidir:
1. Rektorun adına ərizə;
2. Kadrların şəxsi-qeydiyyat vərəqəsi;
3. Tərcümeyi-hal;
4. 2 ədəd fotoşəkil ( 3×4 ölçüdə);
5. İş yerindən xasiyyətnamə;
6. İş təcrübəsi olanlar üçün əmək kitabçasından çıxarış;
7. Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
8. Ali məktəb diplomları və diploma əlavələrin müvafiq qaydada təsdiq edilmiş surətləri;
9. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Sənədlərin qəbulu 25.09.2020-ci il tarixinə kimi Magistratura və doktorantura şöbəsində aparılır.
Müraciət etmək istəyənlər qəbul qaydaları haqqında daha ətraflı məlumatı +99412 539-12-41 (Magistratura və doktorantura şöbəsi) nömrəsinə zəng etməklə öyrənə bilərlər.