AzTU-nun rektoru “İDRAK Texnoloji Transfer”​ MMC-nin rəhbərliyi ilə görüşübbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İDRAK Texnoloji Transfer”​ MMC-nin “SMART​ Things Factory” zavodunda işgüzar görüş keçirib.

Görüşdə “İDARK Texnoloji Transfer”​ şirkətinin​ prezidenti​ Hikmət Abdullayev qurumun əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib.

AzTU-nun istedadlı tələbə və məzunlarının​ startap​ layihələrindən danışan rektor Vilayət Vəliyev gənclərin hazırladıqları texnoloji həllərin bir sıra müsabiqələrdə qalib olduğunu diqqətə çatdırıb. Görüş zamanı belə layihələrin​ “İDRAK Texnoloji Transfer”​ MMC tərəfindən dəstəklənməsi və əmək bazarına​ transferi​ istiqamətində təkliflər irəli sürülüb. Gələcəkdə universitetlə müəssisə arasında əməkdaşlıq haqqında memorandum imzalanmasının nəzərdə tutulduğu da qeyd olunub.

Daha sonra qonaqlar zavodun iş prosesini izləyib.​