Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadə instagram platforması üzərindən canlı yayımda tələbələrin suallarını cavablandırıb.
Bu barədə “Yeni Gündəm”-ə Azərbaycan Texniki Universitetindən məlumat verilib.
Təxminən bir saata yaxın davam edən görüşdə tələbələrin yay imtahan sessiyası, kəsirlərin həlli, icmal dərslərin və yay məktəbinin vaxtı ilə bağlı suallarına aydınlıq gətirilib. Tələbə-rektor belə görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.
Qeyd edək ki, tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edir.