Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və innovasiya üzrə prorektoru təyin olunan Prof.Dr. Çetin Elmas kollektivə təqdim edilib.
AzTU-dan “Yeni Gündəm”-ə verilən məlumata görə, tədbirdə çıxış edən rektor Vilayət Vəliyev bildirib ki, Çetin Elmasın təhsil, elmi-tədqiqat və innovasiyalar sahəsində geniş fəaliyyəti AzTU-nun konsepsiyasına uyğundur. Çetin Elmas layihələrin idarə olunması və süni intellekt üzrə dünya şöhrətli alimdir. Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidentidir. Rektor müasir tədqiqat trendlərinə müvafiq olaraq AzTU-da süni intellekt, robototexnika, enerji, nəqliyyat sahələri üzrə gənc kadrların hazırlanmasında və sahibkarlıq ekosisteminin formalaşmasında Çetin Elmasın xüsusi rolunun olacağına ümid etdiyini vurğulayıb.
AzTU-nun Elm və innovasiya üzrə prorektoru Çetin Elmas ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkürlərini çatdırıb. Bildirib ki, AzTU-nun yaxın zamanlarda regionun ən öndə gedən ali təhsil müəssisəsinə çevriməsi istiqamətində səylərini əsirgəməyəcək.