AzTU təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edirbackend

Azərbaycan Texniki Universiteti (AzTU) 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
• 050401- Beynəlxalq ticarət və logistika
• 050405- İqtisadiyyat
• 050407- Marketinq
• 050408- Menecment
• 050604- Cihaz mühəndisliyi
• 050606- Ekologiya mühəndisliyi
• 050607- Elektirk və elektronika mühəndisliyi
• 050608- Energetika mühəndisliyi
• 050614- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
• 050615- İnformasiya təhlükəsizliyi
• 050616- İnformasiya texnologiyaları
• 050618- Kimya mühəndisliyi
• 050620- Kompüter mühəndisliyi
• 050621- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
• 050622- Maşın mühəndisliyi
• 050623- Materiallar mühəndisliyi
• 050624- Mədən mühəndisliyi
• 050627- Metallurgiya mühəndisliyi
• 050628- Mexanika mühəndisliyi
• 050629- Mexatronika və robototexnika mühəndisliyi
• 050630- Mühəndis fizikası
• 050632- Nəqliyyat mühəndisliyi
• 050634- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
• 050636- Radiotexnika və telekommunikasiya mühəndisliyi
• 050638- Sənaye mühəndisliyi
• 050806- Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)

Sənədlərin qəbulu 2021-ci il avqustun 31-dək onlayn formada həyata keçiriləcək.
Təkrar ali təhsil almaq istəyənlər tələb olunan sənədləri www.aztu.edu.az saytının əlavə və distant təhsil bölməsindən və ya http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkindən qeydiyyatdan keçib yükləyə bilər.
Təkrar ali təhsil almaq üçün tələb olunan sənədlər bunlardır:
• Rektorun adına ərizə;
• Diplom və əlavəsinin surəti;
• Şəxsiyyət vəsiqəsinin surəti;
• 3 ədəd fotoşəkil ( 3×4 ölçüdə);
1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətini təqdim etməlidir.
Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.

Qeyd: Hər hansı bir ixtisas üzrə sənədləri təqdim edən vətəndaşların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti
Telefon: (+99412) 538-33-34; (+99412) 538-33-43; (050) 246-07-97
E-mail: [email protected]
Sayt:www.aztu.edu.az