AzTU tələbələrinin “Aselsan-Bakı”da təqaüdlü təcrübə proqramı davam edirbackend

Azərbaycan Texniki Universiteti (AzTU) Tədris hissəsinin nəzdində fəaliyyət göstərən Karyera Mərkəzi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) əməkdaşları universitetin “Aselsan-Bakı”da təcrübə proqramı keçən tələbələrinin iş prosesini izləmək məqsədilə şirkətdə olublar.

“Yeni Gundem” xəbər verir ki, “Aselsan-Bakı” şirkətinin direktoru Özgür Kürüm bir neçə ixtisas üzrə təhsil alan tələbələrin təqaüd proqramı haqqında məlumat verib: ““Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Sistem mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə təhsil alan III və IV kurslardan 10 tələbənin təqaüdlü təcrübə proqramı uğurla davam edir”. AzTU tələbələrinin  nəzəri bilikləri yüksəkdir və onlar səriştə əsaslı dual təlimini yaxşı qavrayırlar. Gələcəkdə təcrübə proqramı üçün tələbələrin sayının artırılmasına ehtiyac var”.

Qeyd edək ki, “ASELSAN-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye kompleksinin lokomotivi olan ASELSAN şirkətidir. Şirkət Azərbaycanda 1998-ci ildə dövlət qeydiyyatından keçib. “ASELSAN-Bakı”nın əsas fəaliyyətini ASELSAN istehsalı olan mülki rabitə cihazları  və  s. radioelektronika sistemlərinin satışı,  təmiri, onlara texniki dəstəyi əhatə edir.