““Baharstore” mağazasından məhsul almayın” – Müştəridən çağırışbackend

Dostlar, Tarqovıda yerləşən “Baharstore” mağazalarından məhsul almamağınızı tövsiyyə edirəm. Xüsusilə də kosmetik vasitələr. Əgər qaytarılma və dəyişdirmə yoxdursa, heç almayın.

”Yeni Gundem” xəbər verir ki, bu barədə sözügedən mağazadan mal aldığı üçün peşman olan müştəri Samirə Əşrəf yazıb. O bildirib ki, “Baharstore” mağazalar şəbəkəsi konkret olaraq dərəbəylik edir:

“Dünən aldığım məhsul xarab çıxıb. Deyirəm, 18 yaşımdan bu məhsulu istifadə edirəm, forma və tərkibini bilirəm. Satıcı və nəzarətçi, müdriyyət deyir ki, yox, məhsulumuz təzədir, qaytara bilmərik, dəyişmirik də, bu vasitə təzədir. Deyirəm, təzə olmasını təsdiq edən sənəd göstərin. Razılaşmırlar. Belə olan halda mən sabah adiyyatı qurumlarla əlaqə saxlayacam, məhsul yoxlanısın. Amma “Baharstore” mağazalar şəbəkəsindən məhsul almamağı məsləhət görürəm”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar