Bakıda avtomobil qəzası olub, xəsarət alan varbackend

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İdarəetmədən çıxan avtomobil 1971-ci il təvəllüdlü Əhmədov Həbib Cümşüd oğluna məxsus, parklanma vəziyyətində olan nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı avtomobildə olan H.Əhmədov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.