Bakıda dəhşətli qəza — Avtobus minik avtomobili ilə toqquşdu – VİDEObackend

Sabunçu rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Rayonun Ramana qəsəbəsi ərazisində 214 saylı marşurut avtobusu ilə “Mersedes” markalı minik avtomobili toqquşub. Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.

Hadisənin səbəbləri araşdırılır.