COP29-a hazırlıq ərəfəsində Bakının mərkəzi yollarında və küçələrində binalar, bir sıra obyektlər üzlənir, səliqəyə salınır. Bəzi işbazlar isə bundan istifadə edərək, bir gecədə obyekt tikməyi unutmurlar. Belə ki, Xətai rayonunda 8 noyabr prospekti – Zərifə Əliyeva adına parkla üzbəüz yolun əks istiqamətində yeni obyektin peyda olması sakinlərin diqqətini çəkib.
Vətəndaşların Pravda.az-a müraciətində sözügedən obyektin qanunsuz olduğu bildirilir.
Pravda.az qanunsuz tikili ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurumlar sorğuya cavab verməyiblər.