Bakıda qarajdan meyit tapılıb.
“Yeni Gündəm” in verdiyi xəbərə görə, hadisə aprelin 14-ü Xətai rayonunda qeydə alınıb.
Süleyman Vəzirov küçəsində yerləşən yaşayış binasının zirzəmisində olan yeraltı qarajdan kişi meyiti tapılıb. Meyitin Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Rəhimov Rüstəm Salam oğluna aid olduğu müəyyən olunub. Onun işsiz və subay olduğu məlum olub. Ölümün səbəbinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.