Bakıda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan 6 yaşlı uşaq dünyasını dəyişib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva açıqlamasında bildirib ki, uşaq kəskin qarın simptomu ilə xəstəxanaya gətirilib:
“Uşaq xəstəxanada qalmayıb, çatan kimi dünyasını dəyişib. Uşağın ölüm səbəbi ekspertizadan sonra məlum olacaq və bu barədə məlumat veriləcək”.