Baş həkim işdən çıxarıldı – FOTObackend

TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-dən tutduğu vəzifədən azad edilib.

Bu barədə Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib.

Hazırda 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.

TƏBİB-in tabeliyindəki xəstəxananın baş həkimi işdən çıxarılıb