Baş həkim koronavirusa yoluxan 6 yaşlı uşaqdan danışdıbackend

“Uşaqlar da yoluxur, hazırda klinikamızda 6 yaşlı uşaq koronavirusdan müalicə olunur”. 

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri tanınmış uşaq cərrahı, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Tədris Cərrahiyyə Klinkasının baş həkimi Ramiz Poluxov deyib.

Həkim bildirib ki, uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil: “Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər”.

Baş həkim Tədris Cərrahiyyə Klinikasında müalicə olunanların arasında ciddi ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib: “COVİD-19 yeni bir infeksiyadır. Hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.