Dekabrın 25-də Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin “Yeni beyinqazanma” üzrə proqramı çərçivəsində Kanadada yaşayan soydaşlarımız Turqut Cabbarlı və Nərgiz Məmmədova Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüblər.
Rektor rəhbərlik etdiyi ali təhsil ocağı haqqında qonaqlara məlumat verib.
Söhbət zamanı AzTU ilə Kanada universitetləri arasında müxtəlif sahələr, o cümlədən süni intellekt üzrə tələbə, müəllim və tədqiqatçıların mübadiləsi müzakirə edilb. Həmçinin Kanada universitetlərində AzTU haqqında informativ xarakterli tədbirlərin təşkili, tələbələrin yay tətilində Kanadaya təcrübəyə göndərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AzTU-nun Kanada universitetlərinin tədqiqat lahiyələrinə cəlb edilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Turqut Cabbarlı və Nərgiz Məmmədova süni intellekt sahəsində mütəxəssis,bu sahə üzrə şirkət rəhbərləridir və Kanadanın bir sıra universitetləri ilə əməkdaşlıq edirlər.