BATE – “Dinamo” matçında gözlənilməz olay: 12-ci dəqiqədə hakim…backend

Futbol üzrə Belarus çempionatıda BATE – “Dinamo” (Brest) komandaları arasında keçirilən görüş zamanı baş hakim Dmitri Dolya huşunu itirib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə BATE-nin mətbuat xidməti məlumat yayıb.

Komandanın mətbuat xidmətindən verilən məlumata görə, 12-ci dəqiqədə hakim qıcolma nəticəsində yerə yıxılıb. Bundan sonra hakim meydançadan xərəkdə aparılıb və təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

Fasilə zamanı BATE mətbuat xidməti Dolyanın özünə gəldiyi və özünü yaxşı hiss etdiyini bildirib. Onun həyatı üçün heç bir problem olmadığı qeyd olunub.

Qarşılaşma BATE-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.