ABŞ Prezidenti Co Bayden İranı İsrailə zərbə endirməməyə çağırıb.
“Yeni Gundem” TASS-a istinadən xəbər verir ki, Bayden bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Biz İsraili dəstəkləyəcəyik, onu müdafiə etməyə yardım edəcəyik. İran uğura nail olmayacaq”, – deyə ABŞ lideri qeyd edib.
Hazırda İrana hansı mesajı vermək istədiyinə dair suala isə Bayden “Bunu etməyin” deyə cavab verib.