Bayram günlərində fəaliyyət göstərəcək banklar açıqlandı – SİYAHIbackend

Azərbaycan Mərkəzi Bankı qeyri-iş günlərində (31 dekabr -6 yanvar tarixlərində) fəaliyyət göstərəcək bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələrini açıqlayıb.

AMB-dən verilən məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 101 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 7 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 74 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində fəaliyyət göstərəcək bank“Azərpoçt” filialları və valyuta mübadilə məntəqələrinin siyahısı belədir: