Berluskoninin dəfn mərasiminin keçiriləcəyi tarix məlum olubbackend

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin dəfn mərasimi 14 iyunda Milan kafedralında (Duomo di Milano) keçiriləcək.

Bu barədə İtaliyanın “Sky TG24” telekanalı məlumat yayıb.

Vida mərasimi bu gün Berluskoninin Arkordakı villasında başlayacaq.

Xatırladaq ki, İtaliyanın sabiq baş naziri bu gün 87 yaşında vəfat edib./APA