Türkiyədə mərkəzi Kahramanmaraş olan zəlzələlərdə böyük dağıntıların yaşandığı Hatay vilayətində təmizləmə işləri yekunlaşıb.
Zəlzələdən zərər çəkən rayonun Arsuz mahalında məhkəmə prosesi tamamlanan “Defne Sitesi”nə məxsus 11 mərtəbəli bina kəndirlə inşaat texnikası vasitəsilə dartılaraq sökülüb.
Nəhəng binanın çökdüyü anlar mobil telefon kamerası ilə saniyə-saniyə qeydə alınıb.
Söküntü zamanı hər hansı xoşagəlməz hadisə baş verməyib.
Oxu.az