Mənim dostum ola bilər. İnsanların orientasiyaları arasında seçim etmirəm. Amma bu qədər olmaz. Bitirin də bu söhbətləri, Baboşu tutublar. Hamı canlı açır, onun fotosunu qoyur. Özünüzə gəlin.
TikTok bağlansın deyirlər. Niyə? Çoxları oturub pulunu qazanır. Bəzi “ayasürüşkənlər” də yığışıb, oturur canlıda pul qazanır. Amma cinsi azlıqları qaldırıb dağ başına qoymayın. Dediyim sözlərin arxasında dururam. TikTok əyləncə platformasıdır, söyüş, cinsi azlıq yeri deyil. Bura indi yaşlıdan tutmuş, uşağa qədər hamı girir. Azərbaycanlıyam, istəmirəm ölkəm bu cür olsun.
Telekanallarda elə kişi aparıcılar var ki, onlar da cinsi azlıqdır. Biz bunu bilirik. Kişi görünüşündədirlər, amma əslində elədir. Amma bəzi cinsi azlıqları efirə buraxmırlar, senzura var. Gizliləri demirəm”.