Xəbər verdiyimiz kimi, bu gün Göygöldə baş vermiş qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. “Qafqazinfo”nun məlumatına görə, “VAZ – 21015” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində həyatını itirən 18 yaşlı Qurbanzadə Ramal Ramil oğlu ikinci kurs tələbəsi olub.
O, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsi imiş.
Qəza zamanı daha iki tələbə və 40 yaşlı sürücü də xəsarət alıb.