Bu gündən magistraturaya sənəd qəbuluna başlanılır.
Dövlət İmtahan Mərkəzindən “Yeni Gündəm” -ə verilən məlumata görə, sənəd qəbulu fevralın 18-i saat 23:59-dək davam edəcək.
Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-də keçiriləcək. Magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.