Bu il Türkiyənin Tuzla limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıbbackend

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Tuzla limanı 779 gəmi qəbul edib.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən müddət ərzində Tuzla limanı Türkiyə bayrağı altında üzən 547, digər ölkələrin bayraqları altında üzən 232 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 309 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 911, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 398 olub.

2023-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 55 min 495 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 37 min 749, Türkiyə bayrağı altında olan gəmilər isə 17 min 746 olub.TurkicWorld