Bu ölkə qızıla görə Mərkəzi Asiyada liderdirbackend

Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, Özbəkistan Mərkəzi Asiyada ən böyük qızıl ehtiyatlarına malik ölkədir.

“Yeni Gundem” xarici mənbələrə istinadən xəbər verir ki,

2022-ci ilin noyabrına olan məlumata görə, Özbəkistanın qızıl ehtiyatları 397,2 tona bərabərdir. Qazaxıstan bir qədər geridədir – 380,4 ton. Sonrakı yerləri Qırğızıstan (16,4 ton) və Tacikistan (5,7 ton) tutur. Türkmənistanla bağlı heç bir məlumat yoxdur.

Dünyada ən böyük qızıl ehtiyatına malik ölkə ABŞ-dır, onun miqdarı 8133,5 tondur. Bu, Özbəkistanın ehtiyatından 20 dəfə çoxdur.

Sonrakı yerləri Almaniya (3355,1 ton) və İtaliya (2451,8 ton) tutur.

Qeyd edək ki, dünya ölkələrinin qızıl ehtiyatları zaman keçdikcə artır və ya azalır.

Fərahim Rəhimov