Bu ölkədə 6,2 bal gücündə zəlzələ oldubackend

Cənubi Amerika ölkəsi olan Peruda 6,2 bal gücündə zəlzələ baş verib.

Bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Episentri Perunun İray bölgəsində olan zəlzələnin yerin 93,4 kilometr dərinliyində baş verdiyini bildirib.

Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.