Bu il V qrup üzrə qəbul planı artırılıb.
“Yeni Gündəm”-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Yoxlama, ölçmə materialları şöbəsinin müdiri Natiq Əliyev deyib. Onun sözlərinə görə, ötən il V qrup üzrə 3581 plan yeri ayrılmışdı. Bu il isə plan yeri 133 yer artırılıb və plan yerlərinin sayı 3714 olub.
N.Əliyev qeyd edib ki, bu il V qrupda bəzi ixtisaslar üzrə qabiliyyət imtahanlarının ləğv edilməsi bu qrupa olan marağı artırıb.