Bu şəxs seçkilərdə Putinin rəqibi olacaq – FOTObackend

Yekaterina Duntsova 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Rusiya Federasiyasının hazırkı lideri Vladimir Putinin mümkün rəqibləri sırasındadır.

Məlumata görə, ixtisasca jurnalist olan 40 yaşlı qadın siyasi arenada təcrübəsi olmamasına baxmayaraq, Putinə meydan oxumaq niyyətindədir.

Bununla belə, bir sıra analitiklər hesab edir ki, onun rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçmək şansı azdır. Duntsova namizədliyini noyabrın 16-da elan edib.

Qeyd edək ki, Rusiya Federal Məclisinin Federasiya Şurası ölkədə prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi barədə qərar qəbul edib. Qərar 162 senatorun lehinə səsverməsi ilə yekdilliklə qəbul olunub və rəsmi dərc olunduğu andan qüvvəyə minmiş hesab ediləcək./Trend