“Bu təlimlər İrana mesajdır” – Rey Kərimoğlubackend

“Məlum olduğu kimi, Müdafiə Nazirliyinin təsdiq etdiyi plan üzrə cənub istiqamətində İranla yaxın ərazidə Azərbaycan Ordusu hərbi təlimlərə başlayıb. Xəbərdə də bilindiyi kimi, yəni təsdiq olunmuş plana uyğun təlimləri Azərbaycan Ordusu müntəzəm olaraq bu təlimləri keçirir. Növbəti təlimlərdən biri də xüsusi təyinatlılarının hazırlığı ilə bağlı, o cümlədən Hərbi Hava Qüvvələri, Raket və artilleriya qoşunlarının iştirakı ilə İranla sərhəd ərazidə keçirilib. Bəli, İran bu yaxınlarda ərazidə növbəti təlimlərini keçirdi. Ondan əvvəl də keçirilmişdi. Son təlimlər isə Arazı keçmək imitasiyası edirdi.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirib.

“Azərbaycana təhdid, Azərbaycana hədə dolu bir təlim idi. Əslində təlimdən daha çox elə İranın mahiyyətinə, davranışına uyğun bir Azərbaycana mesajı idi. Yəni təlimlər dünya praktikasında olan bir şeydi. Amma təlimlərin bu dərəcədə açıq mesajlarının verilməsi yalnız İran kimi səviyyəsiz dini islam dinini gözdən salan, islam dinini öz milli maraqlarına qurban verən fars şovinistlərinin dövləti bunu edə bilərdi, hansı ki, onu etdi. Təbii ki, burada müəyyən mesajlar da var idi. İran böyük dövlətdir, güclü dövlətdir,  Milli birliyi, güclü dövlətçiliyi, güclü ordusu olan bir dövlətdir. Biz istəmərik, güclü dövlətlərin, qonşuların ümumiyyətcə, güclü gücsüz. Biz istəmərik qonşularımızdan. Hər hansı bir problem yaşayaq. Müharibə şəraitində olan. Amma bildiyiniz kimi, Ermənistan Azərbaycan torpaqlarını işğal eləyib. O tərəfdən Rusiya Azərbaycana qarşı həmişə düşmən mövqe sərgiləyib. Bu tərəfdən də İran daim erməni mövqeyini müdafiə edir.”

Rey Kərimoğlu təlimlərin İrana mesaj verməsi kimidə qəbul etmək olacağını söylədi.

“Yəni elə bilirlər ki, ikinci bir Ermənistan dövləti İran Azərbaycanla münasibətdə, təlimləri elə, İran silahlı qüvvələrinin təlimlərinə cavab kimi də qəbul eləmək olar. Baxmayaraq ki, bu planlaşdırılmış təlimdir.

Amma bu İrana bir mesajdır. Yəni Azərbaycan öz ərazisini öz torpaqlarını qoruyacaq, qorumağa qadirdir və bundan sonra hər hansı bir təxribat olarsa, Azərbaycana qarşı Azərbaycan Ordusu, Silahlı Qüvvələri istənilən düşmənin qarşısını almağa qadirdir. Allah dövlətimizi qorusun! Allah ordumuzu qorusun!”

Fərahim RƏHİMOV

Yenigundem.az