“Burada hansısa texniki yanlışlıqdan söhbət gedə bilməz.”-Deputat Rusiya Müdafiə Nazirliyinin orfoqrafiya səhvlərindən danışdıbackend

Son bir həftədə artıq neçənci dəfədir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycan yaşayış məskənləri uydurma erməni toponimləri ilə adlandırılmaqla təxribatlar müşahidə olunur. Burada hansısa texniki yanlışlıqdan söhbət gedə bilməz çünki Azərbaycan Müdafiə Nazirliyi Qarabağ iqtisadi rayonu üzrə toponimlərinin adlı siyahısı və xəritəsini bir neçə dəfə həm Moskvaya, həm də Rusiya sülhməramlı kontingentinə rəsmi qaydada göndərib.

Bu sözləri Yeni Gundem-ə mövzu ilə bağlı açıqlama verərkən Millət vəkili Bəhruz Məhərrəmov deyib.

Deputatın fikirincə ,Rusiya tərəfi Müdafiə Nazirliyində Moskvanın Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbə vuran, erməni diasporu və Fransa kapitalına satılmış qiyamçı generallar barədə tədbirlər görməlidir.

‘Bundan başqa, bölgədə qeyri-qanuni erməni silahlı dəstələri hələ də mövcuddur və sülhməramlılar nəinki 10 noyabr üçtərəfli Bəyanatın 4-cü maddəsinə müvafiq olaraq onları çıxarmır, əksinə ötən həftə Azərbaycan DTX rəsmisinin də bəyan etiyi kimi kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınır, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılır. Habelə, qanunsuz dəstələr tərəfindən atəşkəsin pozulması və digər hadisələr missiyanın rəsmi açıqlamalarında öz əksini tapmır.

İndi sual çıxır, Rusiya Prezidentinin istər müharibə və istərsə də sonrakı dövrlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən bəyanatları, habelə, üçtərəfli müqavilədə götürülən öhdəliklərdə cənab Putinin imzasının olması fonunda sülhməramlı kontingentin komandanlığı və Rusiya Müdafiə Nazirliyinin bəzi rəsmiləri nəyə nail olmaq istəyir? Bu bizim müttəfiqlik münasibətlərin səviyyəsinə yaxud Azərbaycanın Rusiyaya münasibətinə adekvatdırmı?

Bizim əlaqələrin kökündə ciddi siyasi iradə, iqtisadi, sosial, mədəni bağlar, balanslaşdırılmış milli maraqlar və ən əsası isə  liderlərin yüksək səviyyədə şəxsi münasibətləri dayanır. Biz inanmaq istəyirik ki, bu bəzi məmurların özfəaliyyətdir və əgər belədirsə Rusiya tərəfi Müdafiə Nazirliyində Moskvanın Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbə vuran, erməni diasporu və Fransa kapitalına satılmış qiyamçı generallar barədə tədbirlər görməlidir.”