Burcudan yeni klip – “Bir kadın” – videobackend

 

Türkiyəli müğənni Burcu Güneş yeni klipini təqdim edib.

“Yeni Gündəm” xəbər verir ki, ifaçı “Bir kadın” adlı mahnısına ekran həyatı verib. Burcunun sözlərinə görə, mahnı bütün susmuş qadınlara və onları susduran bütün kişilərə həsr olunur.

Mahnının sözləri və musiqisi Ravi İncigöz, Buket Kurtez İncigöz və Cüneyt Tekə məxsusdur. Klipin rejissoru Ahmet Can Tekindir.