Caretta carettaların fantastik səyahətinəTürkiyədə şahid olunbackend

Aralıq dənizinin tətil cənnəti  Türkiyə, qızılı qumsalı, firuzəyi suları və parlaq günəşi ilə şəffaf çimərliklərə ev sahibliyi edir və dünyanın hər yerindən gələn ziyarətçiləri və nəsli kəsilməkdə olan Caretta carettaları (tısbağa növü) qəbul edir.Caretta carettaların yuvalama sahələrinin 99 faizi Türkiyə vəKipr ərazisindədir. Ekoloji faktorların Caretta carettalara çoxalma mövsümündə təsir etməməsi üçün Türkiyədə 20-dən çox çimərlik mühafizə olunur.

Bu tısbağalar doğulduğu yerlərə qayıdıb çimərliklərdə yumurtalarını qoyurlar. Hər il may-avqust ayları arasında təbiətsevərlər Türkiyədə, dayanıqlı turizm təcrübəsi olan bu inanılmaz dəniz canlılarının quruda fantastik səyahətini müşahidə edə bilərlər. Belek, Patara, Göksu, Köyceğiz-Dalyan, Fethiye-Göcek kimi çimərliklər qorunanlar arasındadır. Dalyandakı İztuzu çimərliyi Caretta carettaların ən çox üstünlük verdiyi çimərliklərdən biridir.

İztuzu: Türkiyənin Caretta caretta dostu çimərliyi

İztuzu Türkiyənin Marmaris və Fethiye arasında Cittaslow (yavaş şəhər) olan Köyceğizdə yerləşir. Tısbağaların yuvalama mövsümlərində dəniz tısbağası macəralarına şahidlik etmək üçün fantastik təcrübə təqdim edən İztuzu çimərliyi 20:00-08:00 saatları arasında istifadəyə bağlanır.

Ziyarətçilər saat 20:00 radələrində çimərliyi tərk etdikdə, çimərlik Caretta carettalara buraxılır. Bu vaxt, inkubasiyadan sonra balalar qabıqlarından çıxır, yuvalarını tərk edir və dənizə gedirlər. Ziyarətçilər gün ərzində çətirlərindən istifadə edib çimərlikdəki şezlonglarda dincəlsələr də, “yuva qurma zonasında” buna icazə verilmir. Tədqiqat, xilasetmə və reabilitasiya mərkəzi də çimərlikdə yerləşir, burada xəstə və yaralı tısbağalar müalicə olunur və yenidən dənizə buraxılır. Giriş-çıxış məntəqələrinin nəzarət altında olduğu bu çimərlikdə görülən qoruyucu işlər nəticəsində Caretta caretta populyasiyası son illərdə xeyli artıb.

Təmiz su ilə dəniz suyu arasında nadir çimərliklərdən biri olan İztuzu çimərliyi, həm qumlu çimərliyi həm də yaşıl və mavinin birləşdiyi heyrətamiz mənzərələri ilə qonaqlara təbiətin qoynunda tətil təcrübəsi təqdim edir. Avropanın ən yaxşı çimərliklərindən biri sayılan İztuzu çimərliyində yürüyüş, dırmanma, çimərlik voleybolu və çimərlik futbolu kimi fəaliyyətlər də var. Dalyandakı Kaunos Antik Şəhəri İztuzuya tətilə gedən və Caretta carettaları müşahidə etmək üçün səyahət edən turistlərin diqqətini çəkən yerlərdən biridir. 4-cü əsrə aid qaya məzarları ilə Kaunos Qədim Şəhəri Kariya sivilizasiyasının ən təsirli şəhərlərindəndir.

Tarixi xarabalıqlar və Caretta carettalar: Patara çimərliyi

Türkiyənin ən uzun (18 km) çimərliklərindən biri olan Patara çimərliyi həm də Caretta carettaların yaşayış yeridir.Çimərlikdə Caretta caretta yuvalama yerlərinin istiqamətlərimövcuddur. Bura çoxalma prosesinin müxtəlif mərhələlərini və tısbağaları müşahidə etmək unikal bir təcrübə məkanıdır.

Patara’nın geniş çimərliyində Aralıq dənizi günəşindən, mehdən və dərin mavi sulardan həzz aldıqdan və Caretta carettaları müşahidə etdikdən sonra Patara qədim şəhərində fantastik vaxt səyahətinə çıxa bilərsiniz. Likya Birliyinin tarixi paytaxtı olan Patara, Helenistik, Roma və Bizans dövrlərində təsirini qoruyub saxlamışdır. Parlament binası və teatr kimi monumental tikililəri ilə seçilən qədim şəhər tarix boyu xristianlar üçün vacib bir mərkəz olmuşdur. “Şaxta baba” kimi tanınan Müqəddəs Nikolay Patarada anadan olmuşdur.