Cəbrayılda qolu qandallı meyit tapıldıbackend

Cəbrayılda qolu qandallanmış meyit tapılıb.

Rayon prokurorluğundan “Yeni Gündəm”-ə verilən məlumata görə, iyulun 20-də Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında təxminən 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Meyitin xarici zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək vardır. Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.