Cənab İlham Əliyevə CİNAYƏT barədə – AÇIQ MÜRACİƏTbackend

Cənab Prezident, atanız Ulu Öndərin Xalqa Vədinə inanaraq ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİ 28 ildir ÜMİDLƏ saxlayan 1 milyon vətəndaş adından SİZƏ Ramiz Mehdiyevin və onun Prezident Aparatında olan cinayətkar dəstəsinin 2004-cü ildən Heydər Əliyev Siyasətinə, XALQA və SİZƏ qarşı DÖVLƏT XƏYANƏTİ etdiyi üçün müraciət edirik.

Cənab Prezident!

Müzəffər Ali Baş Komandan kimi Sizin Şərəfli və Vicdanlı böyük şəxsiyyət olduğunuza, Alicənablığınıza ümid edərək Ulu Öndər Heydər Əliyevin Tarixi Ədalət Siyasətini, Konstitusiyanı pozan, Sizin adınıza ləkə salan, Dövlətlə vətəndaşlar arasında təxribat edərək qarşıdurma yaratmaq istəyən vicdansız məmurları cəzalandırmağı xahiş edirik.

Əgər məmurlar, xüsusən də Prezident Aparatındakı məmurlar aşağıdakı FAKTLARI Sizdən gizlədərsə, onlar Sizin və Xalqın DÜŞMƏNİ hesab olunmalıdır.

1995-ci il ölkənin iqtisadi cəhətdən ən ağır vəziyyətində – dövlət büdcəsində heç 1 milyard dollar olmayanda Milli Liderimiz Heydər Əliyev Tarixi Sosial Ədalətin təmin olunması üçün Özəlləşdiriləcək bütün orta və iri müəssisələrin 65%-ni Miras Əmlak Payı olaraq Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri ilə əvəzləndirilməsini Qanunla təsdiqlədi. Nəticədə bu gün üçün Maliyyə Nazirliyi gələcəkdə özəlləşdiriləcək əmlakların dəyərini yenidən qiymətləndirərsə, orta və iri müəsdisələrin 65%-nin çeklərlə özəlləşdiriləcəyinin Qanunla qoyulmuş bir qayda olduğu nəzərə alınarsa, hətta bir özəlləşdirmə payına düşən və qanunla qorunan maddi ekvivalent dəyərinin bu gün üçün bəlkə də 80 000 manat olması faktı üzə çıxar.

Xahiş edirik, Diqqət edin:

Sual olunur ki, Dövlətin, xalqa Qanunla vəd etdiyi orta və iri dövlət əmlaklarının 65%-nin Dövlətin ən kasıb vaxtında Ulu Öndər Heydər Əliyev xarici və yerli şirkətlərə, investorlara elə PULLA satmağı Qanunla tənzimləyə bilməzdimi?

Təbii ki, tənzimləyə bilərdi. Çünki həmin dövrdə Dövlətin ən kasıb vaxtında bunun üçün müəyyən əsaslar da var idi. Ancaq Böyük Siyasətçi, Milli Liderimiz Heydər Əliyev gözəl bilirdi ki, ədalətli mülkiyyət bölgüsü kapitalizmə dinc keçid üçün əsas şərtdir. SSRİ-dən qalan Miras Əmlak Payını Xalqın özünə, yəni sahiblərinə qaytarmaq ölkəmizin – dövlətimizin əmin-amanlığı və iqtisadi inkişafı, Tarixi Sosial Ədalət üçün mütləqdir. Bu səbəbdən Qanunla 1997-ci ilə qədər anadan olmuş hər vətəndaş üçün 1 pay olmaqla 8 milyon özəlləşdirmə payı dövriyyəyə buraxıldı və Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çeklərinə bağlandı.

Özəlləşdirmə Payları (çekləri) Qanunla DÖVRİYYƏYƏ buraxılıb.

Dövriyyədə olan zaman həm tədavül vasitəsi, həm də tədiyyə vasitəsi kimi istifadə olunması Qanunla tənzimlədi. Qanunda Dövriyyədə olduğu müddətdə çeklərin tədavülünün ( 1-ci Özəlləşdirmə Proqramında 3 il ) zamanla tənzimlənməsi öz əksini tapıb. Yəni dövriyyədə tədavül müddətinə vətəndaşlar öz paylarını girov qoya və sata bilərdi ki, bu da xarici və yerli investorların çekləri əldə etmək imkanı vermək və vətəndaşlara məxsus payları alaraq İnvestisiya zamanı 65%-i əldə etmək üçün yaradılmış bir şans idi.

Cənab Prezident!

Dövriyyədə vətəndaşların özəlləşdirmə paylarının (çeklərin) tədiyyəsi Özəlləşdirmə Payları ( çeklər ) veriləndə Qanunla zamana tabe edilməyən tədiyyə (ödəmə) vasitəsi kimi istifadəsini tənzimləmişdir. Bu hüquq və Dövlət öhtəlikləri Konstitusiya ( 149.7 -ci Maddə ) və Qanunlara, Dövlətin və Ulu Öndərin Siyasətinə ZİDD olaraq əlindən alına bilməz. Çünki özəlləşdirmə paylarının ömürlük – bütün özəlləşdirmə dövründə tədiyyə vasitəsi kimi istifadəsi bu paylar (çeklər) verilən zaman qəbul olunmuş Qanunla və Özəlləşdirmə Çekləri haqqındakı Əsasnamə ilə birbaşa tənzimlənib. Çeklərin Dövriyyədə TƏDİYYƏ vasitəsi kimi istifadəsi Qanunda bütün özəlləşdirmə dövrü üçün tənzimlənib.

Belə ki, bu Əmlak Payları (çeklər) verilən zaman qüvvədə olan 445 N-li Özəlləşdirmə Haqqında Qanunun 19.1-ci Maddəsi ilə tədiyyə vasitəsi kimi özəlləşdirmə paylarının tənzimlənməsi açıq-aydın vətəndaşların öz mülkiyyət hüquqlarından bütün özəlləşdirmə dövrü üçün nəzərdə tutulmasını tənzimləyir və deyilir ki, Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının bu və ya digər səbəblər üzündən həmin məqsədlərə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır. Bu da öz növbəsində bir daha 445 N-li Özəlləşdirmə Haqqında Qanunun 19.1-ci Maddəsində tənzimlənən Özəlləşdirmə paylarından tədiyyə vasitəsi kimi istifadənin bütün özəlləşdirmə dövrü ücün müddətsiz olduğunu sübut edir. Yenə 445 N-li Qanunun Özəlləşdirmə payı adlı Maddə 18.8 -də deyilir ki, Özəlləşdirmə paylarının verilməsi və istifadəsi qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.

Heydər Əliyevin özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə 1996-ci ildə imzaladığı 450n-li Fərmanla təstiqlənmiş Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamənin 5-ci bəndində deyilir – Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi ( yəni tədiyyə vasitəsi kimi ) qəbul edilməsindən imtina etmək qadağandır.
Özəlləşdirmə Paylarının ( çeklərin) Dövriyyədən çıxarılması tarixi barədə bu günə qədər heç bir Qanun maddəsi yoxdur. Hətta Dövlət Qiymətli Kağız olaraq Qanunla Dövriyyəyə buraxılmış bu Özəlləşdirmə Paylarının (Çeklərin) üzərində olan yazılarda da TƏDİYYƏSİNİN ömürlük olduğu ( dövriyyədən cıxma vaxtı yazılmayıb) və Dövlətin götürdüyü öhdəliyin ömürlük olduğu (müqavilə) açıq yazılmışdır.

Bildiyiniz kimi, həmin dövrdə Qanunlarla Vətəndaşlara verilmiş Mülkiyyət hüququ Konstitusiyaya ( Maddə 149. 7 ) və Beynəlxalq hüquqa ZİDD olaraq sonradan qəbul olunmuş heç bir Qanun və Fərmanla əllərindən alına bilməz!

Cənab Prezident!

Xahiş edirik yadınıza salasınız ki, Tarixi Sosial Ədalət prinsipini əsas tutaraq Dahi Siyasətçi Atanız və Milli Liderimiz olan Heydər Əliyev Prezident Sarayı, 7 mart 1995-ci il Respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında əmlak payının pul və ya qiymətli kağız formasında verilməsindən asılı olmayaraq əmlak paylarının əldə edilməsinin zamandan asılı olmadığını dəfələrlə söyləmişdir. Ramiz Mehdiyevin və onun Prezident Aparatında olan cinayətkar dəstəsi ya bu çıxışı OXUMAYIBLAR, ya da QULAQ ARDINA VURURLAR. Ulu Öndər dəfələrlə qeyd edir ki, Vətəndaşlar mütləq öz payını almalıdır və SUAL qoyur ki, bəs özəlləşdirmə 15-20 il cəkəcəyi halda bu necə olacaqdır?

Və bu sualın cavabı olaraq Ulu Öndər Heydər Əliyev Prezident Sarayıda 7 mart 1995-ci il cıxışından sonra Özəlləşdirmə Paylarının (Çeklərin) ömürlük tədiyyə vasitəsi olmasını 25 mart 1996-ci ildə “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” 450 nömrəli Fərmanı imzalayaraq təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində tənzimləyir.

Açıq aydın görünür ki, Dövlətin Tarixi Sosial Ədalət prinsiplərinə əsaslanaraq Ulu Öndər, Milli Liderimiz Heydər Əliyevin 1995-ci ildəki bu Tarixi çıxışı Dövlətin və Heydər Əliyev SİYASƏTİNİN məqsədi heç bir vaxt özəlləşdirmə paylarından istifadənin ZAMANLA məhdudlaşdırılması olmamalıdır. Hətta yaxşı yadımızdadır ki, Ulu Öndər özəlləşdirmə çekləri paylanan zaman AzTv-də xalqa müraciət edərək özəlləşdirmə paylarını satmamağı, tələsmədən çeklərdən bir-bir istifadə etməyi məsləhət verirdi və deyirdi ki, əgər bir müəssisədən az divident verilsə, o birisi çox verər və tarazlıq olar.

Özəlləşdirmə payları (çeklər) Xalqın Miras Əmlak Payıdır. Xalqa – vətəndaşlara ata-babalarının canı-qanı və özlərinin zəhməti hesabına Sovet Dövləti dövründə qurub-yaratdıqları var-dövlətdən, əmlakdan düşən MİRAS ƏMLAK PAYIdır! Məhz tarixi həqiqətlər və hüquqi faktlar göstərir ki, Ulu Öndər Heydər Əliyev dövlət özəlləşdirmə çekləri ilə bağlı başqa ölkələrdə olan qanunsuzluqları nəzərə alaraq dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı Dövlət Qiymətli Kağızı olan çeklərdən bütün özəlləşdirmə dövründə ödəniş (tədiyyə) vasitəsi kimi qəbul edilməsindən imtina etməyin qadağan olduğunu tənzimləmişdir. Hətta Qanunla qəbul olunmuş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramınında ( Maddə 5) özəlləşdirmə çeklərinin ömürlük istifadəsi nəzərə alınaraq ancaq Dövriyyəyə tədavül ( alqı satqı predmeti kimi) müddəti üç il müəyyənləşdirilib. Çünki tədavül İNVESTORLARIN vətəndaşlarda olan çekləri pulla əldə etməsi üçün nəzərdə tutulurdu.

Ramiz Mehdiyevin cinayəti – DİQQƏT EDİN – Ramiz Mehdiyevin cinayətkar dəstəsi 2004-cü ildə başa düşdü ki, Qiymətli Kağızların DÖVRİYYƏSİ zamanı tədavül müddətinin məhdudlaşdırılması Özəlləşdirmə dövründə Çeklərin TƏDİYYƏ vasitəsi kimi istifadəsini ləğv edə bilməz.

Cənab Prezident İlham Əliyev!

Milli Liderimiz Heydər Əliyev rəhmətə gedəndən sonra SİZİN etibarınızdan sui-istifadə edərək Fərmanları hazırlayan Ramiz Mehdiyev və oliqarx məmurların HİYLƏSİ NƏTİCƏSİNDƏ Xalqa, Dövlətçiliyimizə və Ulu Öndər Heydər Əliyevin Tarixi Ədalət Siyasətinə xəyanət edilərək 11 iyun 2004-cü ildə 75 n-li Fərmanın 1.1-ci bəndi ilə Konstitusiya və Qanunlarımıza zidd olaraq vətəndaşların mülkiyyət hüquqları zamanla məhdudlaşdırıldı. 2011-ci ilin yanvar ayından Konstitusiya ( 149.7-ci Maddə ) pozularaq tam əllərindən alındı.

Göründüyü kimi, əvvəl Vətəndaşlara verilmiş hüquq və Dövlət öhtəlikləri Qanunla və Özəlləşdirmə Payları (cekləri) haqqında Əsasnamə ilə tənzimlənir və sonradan payların (çeklərin) dövriyyədə zamana tabe olmayan tədiyyə müddəti Fəzmanla 2004-cü ildə məhdudlaşdırılaraq 2011-ci ildə ləğv olundu. 6 may 2000-ci il 878№ -li Dövlət əmlakının özəlləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 10- cu Maddəsində Dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi Dövlət əmlakının özəlləşdirilməsi zamanı ödəmə vasitəsi Azərbaycan Respublikasının tədiyyə vasitəsi – manat və qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət özəlləşdirmə payları (çekləri) hesab olunur. Ulu Öndər Heydər Əliyevin yaşadığı müddətdə özəlləşdirmə zamanı 1995-ci ildən 2004-cü ilə qədər dövriyyədə tədiyyə vasitəsi kim qanunvericiliklə, hec bir normativ hüquqi akla məhdudlaşdırılmayan, ömürlük verilmiş müddət mülkiyyət hüquqları CİNAYƏT EDİLƏRƏK vətəndaşların əllərindən alındı. Bu cinayətkarlar hətta 75 n-li Fərmana əsaslanaraq sonradan Dövlət Özəlləşdirmə Proqramında dəyişiklər etdilər. Bu isə Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, 29-cu maddələrində tənzimlənmiş mülkiyyət hüququnun, 25-ci maddəsində tənzimlənmiş bərabərlik hüququnu və Konstitusiyanın 149-cu maddəsini pozur. Sonradan qəbul olunmuş HEÇ BİR Qanun və ya Fərman əvvəl Qanunla verilmiş mülkiyyət hüquqlarını POZA BİLMƏZ!

14 ildir Özəlləşdirmə Çeklərindən istifadə edə bilməyən 1 milyondan çox Vətəndaşın Mülkiyyət və Bərabərlik hüquqlarının, Milli Lider Heydər Əliyevin və Dövlətin Siyasətinin, Xalqa vədinin necə pozulduğu Faktlarını və Dövlət öhdəliklərinin pozulmasının mütəşəkkil korrupsiya cinayəti olduğunu təsdiq edən 10-dan cox HÜQUQŞÜNAS ALİM tərəfindən SİZİN Nəzarətinizdə olan AAK-nın QANUN Jurnalında 4 Elmi-Praktik məqalə çap olunub. ( bu məqalədən tanış ola bilərsiz: https://ayna.az/ozellesdirme-cekleri-memur-maxinasiyasi-ve-cinayet )

Diqqət edin!

Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalətin, Konstitusiya və qanunların, beynəlxalq insan hüquqlarının pozulması faktlarının CİNAYƏT olması “Korrupsiyaya qarşı mübarizə haqqında Qanun”un 9 və 11-ci maddələrində öz əksini tapır. Eyni zamanda, gələcəkdə Cinayət Məcəlləsinin 308, 309, 313, 314, 341 və 342-ci maddələri ilə cinayət işi açıla bilər. Çünki Mülki Məcəllədə 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələbə aiddir.

Cənab Prezident!

Bütün hüquqşünaslar bilir ki, dövriyyəyə Qanunla buraxılmış Özəlləşdirmə Payı ( Çeklər) ancaq Qanunla və Kompensasiya ödənilərək dövriyyədən çıxarıla bilər.

Cənab Prezident sual olunur – Prezident Aparatında, YAP-da Ramiz Mehdiyevlə əlaqəli olan Hansı Məmurlar, YAP Siyasətçiləri və YAP Deputatları Ulu Öndərin Tarixi Sosial Ədalət Siyasətini BƏYƏNMİR. Onun imzasını daşıyan Konstitusiya və Qanunlara SAYMAMAZLIQLA yanaşır?

Bu xəbərləri Sizdən gizlədən PA məmurları Sizn və Xalqın düşmənləridir!

Cənab Prezident Xahiş edirik, bir sualımıza cavab verəsiniz. Əgər Özəlləşdirmə Payları (çekləri) QANUNLA dövriyyədən çıxarılmış olsaydı, 22 dekabr 2014-cü il 426№li “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Preambulasında Konstitusiyon Əsaslandırma olan bu Fərman verilə bilərdimi?

Deməli, Qanunla Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Payları ( Çeklər) qüvvədədir.
Diqqət edin – deməli oliqarx məmular özlərinin 28 may metrosunda yaratdıqları QARA BAZAR alverçiləri ilə 28 ildir özəlləşdirmə çeklərini satmayıb ümidlə yaşayan 1 milyon vətəndaşı aldadaraq SATMAĞA məcbur edirlər. Bu, Xalqa qarşı ən ağır cinayətdir!

Bu Səbəbdən XAHİŞ EDİRİK – TƏCİLİ TƏDBİR GÖRƏSİNiZ və bizi məlumatlandırasınız. Əgər mümkündürsə, TV və “Azərbaycan qəzeti”ndən vətəndaşlara özünüz məlumat verəsiniz.

Cənab Prezident, ÇOX XAHİŞ EDİRİK!

Ramiz Mehdiyevin hiyləsi üzündən imzaladığınız 75 N-li Fərmanın 1.1 bəndini Konstitusiya və Qanunlarımız tam zidd olduğunu nəzərə alıb yeni Fərmanınızla qüvvədən salasınız.
Atanız Ulu Öndərin Tarixi Ədalət Siyasətini, Konstitusiya və Qanunları nəzərə alaraq Özəlləşdirmə Paylarını (çekləri) tədiyyə vasitəsi kimi bütün özəlləşdirmə dövrü üçün ömürlük edəsiniz.

Çox Xahiş edirik görəcəyiniz tədbirlər barədə bizə xəbər bildirəsiniz.

Hörmətlə: Özəlləşdirmə Çeklərini Ulu Öndər Heydər Əliyevin Xalqa verdiyi VƏDƏ inanıb 28 ildir saxlayanlar:

https://www.facebook.com/qanunlar2017