Cənubi Qafqazda saysız maraqlar-Gündəmin təhlilibackend

Siyasi mərkəzin fəaliyyəti qarışıq gündəmi ilə davam edir.

Əməllərin törədilməsində əllərin rolu sözsüz ki,var.Şair əbəs yerə deməmiş.

Gündəmin təhlilinə tarixi siyasətçinin kəlamı ilə başlamağı məqsədə uyğun hesab etmək olar.

Uniston Çörçill deyib ki:

Savaşda bir dəfə ölürlər,

Siyasətdə hər gün ölürlər.

İnanıram ki,Çörçill yalan danışmır.

Çünkü özü siyasətçi idi.Yəqin ki,hər gün şahidi olduğu dərdini deməkdən,dilə gətirməkdən çəkinməyib.

Yeni Gundem” 27 fevralın siyasi gündəmini təhlil etdi.

Ermənistan Rusiyanın hərbi müttəfiqi olmaqla yanaşı, həm də Kremlin patronajlığı altında olan KTMT-nın üzvüdür. Ermənistan buna paralel olaraq, yenə də Rusiyanın təsir dairəsində olan Avrasiya İqtisadi İttifaqının (Aİİ) da üzvüdür. Yəni, Ermənistanı Rusiyaya bağlayan kifayət qədər ciddi faktorlar mövcuddur. Və bu baxımdan, rəsmi İrəvanın Kremlin təsir dairəsindən tezliklə və asanlıqla qopub, Qərbə yaxınlaşması olduqca qəliz məsələ təsiri bağışlayır.

Ancaq buna baxmayaraq, Paşinyan hakimiyyəti ABŞ və Qərblə Rusiya arasında təhlükəli manevrlər etməkdə israrlı davranır. Rusiyanın düşməni olan Avropa Birliyinin mülki missiyası artıq Ermənistanda fəaliyyət göstərməyə başlayıb. Kremlə yaxın siyasi dairələr bu mülki missiyanın əsasən casuslardan təşkil olunduğunu və rus hərbçilərini izləyəcəyini düşünürlər. Və bu, hazırda Rusiya ilə Ermənistan arasında ciddi ziddiyyətlərə yol açmaqdadır.

Rusiya siyasi dairələri hesab edirlər ki, Kreml və rəsmi İrəvan arasında indiki diplomatik uzaqlaşma mövcud narazılıqlar həll edilənə qədər mövcudluğunu qoruyacaq. Nə qədər qəribə də olsa, Rusiya bu mərhələdə Azərbaycanla maraqlarının uzlaşdığına əmindir. Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmasında maraqlıdır. Çünki bu, Kremlə Cənubi Qafqazda geopolitik orbitr rolunu və mövqelərini qorumaq imkanları aça bilər.

Prezidenti Vladimir Putinin Rusiya dövlət televiziyasına Ukraynadakı müharibənin ildönümü ilə bağlı müsahibəsidə səs-küyə səbəb olub.

Dünən efirə verilən müsahibədə Putin gözlənilmədən Rusiyanın parçalanması ehtimalından danışıb: “Biz bu yolla getsək, Rusiyadakı bir çox xalqların, o cümlədən Rusiya xalqının taleyi köklü şəkildə dəyişə bilər. Mən hətta bilmirəm ki, rus xalqı adında etnos bu günkü formada qala biləcək, ya yox. Hansısa “moskovitlər, “urallılar” və s. Ola bilər. Bu planlar olub, onlar kağız üzərində yer alıb. İndi isə onların (Qərbin-red.) SSRİ dağılandan sonra dünyanı mütləq dərəcədə öz maraqlarına uyğun şəkildə dəyişmək cəhdi ona gətirib çıxardı ki, bu situasiyaya reaksiya verməyə məcbur olduq”.

Ən əsası isə Putin ilk dəfədir ki, ciddi şəkildə Rusiyanın parçalanması ehtimalından, onun reallığından danışır. Hansı ki, hələ müharibədən əvvəl və onun ilk vaxtlarında Rusiyanın az sayda da olsa vicdanlı ziyalıları Kremli bununla bağlı xəbərdar etmişdilər. Putinin yeni etirafları isə Rusiyanı doğrudan da indiki gedişlə nələrin gözlədiyi barədə dolğun təsəvvür yaradır…

Elə bu gün axşam saatlarında Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edib.

Səfərin təfərrüatlarının geniş təhlilini növbəti yazımızda apararıq.

Fərahim Rəhimov