“Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı yayımlanacaq”.
“Yeni Gündəm” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 1 milyon 600 min şagird bu teledərslərdən yararlana bilib.
Nazir qeyd edib ki, bu günə 650 min şagird və müəllim virtual məktəb layihəsindən qeydiyyatdan keçib