Çin-ABŞ müharibəsi olacaqmı? – POLİTOLOQUN PROQNOZUbackend

Xəbər verdiyimiz kimi, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbinin sözlərinə görə, Vaşinqton ikitərəfli münasibətlərin siyasi təməlini sarsıtmağa son qoymalıdır: “Rəsmi Pekin Çin-ABŞ münasibətlərindəki mövcud çətinliklərə görə məsuliyyət daşımır. Vaşinqton Çin-ABŞ münasibətlərinin sağlam və sabit inkişaf yoluna qayıtmasına kömək etməlidir”.

Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan Politoloq Kənan Novruzov bildirdi ki, son zamanlar Vaşinqton ilə Pekin arasında münasibətlər gərginləşib.

“Rusiya -Ukrayna müharibəsindən sonra yeni dünya nizamı formalaşıb.Yeni dünya nizamının əsas mahiyyəti qütbləşmənin sürətlənməsdir. Hazırda Çin, Rusiya və İran bir-birlərinə çox yaxın münasibət sərgiləyirlər. Ukraynadakı müharibədə Pekinin Moskvanın yanında olması Qərbi narahat etməyə başlayıb. Hazırda Çin-ABŞ gərginliyinin iki əsas səbəbi var. Birincisi Tayvan məsələsidir. ABŞ Tayvanı Çinin suveren ərazisi kimi tanımır. Çin də Tayvanın müstəqilliyini tanımır. Qərb mənbələri yazır ki, ABŞ Tayvanı müharibəyə hazırlayır. İkincisi qütbləşmədir. Çin Rusiyanı tam dəstəkləməsə də onun leyhinə bəyanatlar yayır”,- o vurğuladı.

K.Novruzovun fikrincə, Çin və ABŞ arasında yaxın vaxtlarda hərbi toqquşmanın baş verəcəyi inandırıcı görünmür.

“Qərbin 3 əsas rəqibi var. Rusiya, İran və Çin. Çin Rusiya və İrandan fərqli olaraq daha soyuqqanlı və ciddi dövlətdir. Ən əsası isə ABŞ-ın asanlıqla tuta biləcəyi dövlət deyil”,- deyə o qeyd edib.

Fərahim Rəhimov