Çingiz azərbaycanlılara səsləndi – Videobackend

Bu axşam İsrailin paytaxtı Tel-Əvivdə finalı baş tutacaq “Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Çingiz Mustafayev dünya azərbaycanlılarına müraciət edib.

“Yenigundem” xəbər verir ki, müğənni hər kəsdən ona səs verilməsini istəyib:

“3 ay bir göz qırpımında gəlib keçdi. Bu müddət ərzində çəkdiyim bütün əziyyət, stress, gözəl günlər, hazırlıqlar cəmi 3 dəqiqəyə görədir. Bu gün o 3 dəqiqə gəlib çatdı. Dəstək olun. Mobil proqram vasitəsilə səs verə bilərsiniz. Bütün dünya azərbaycanlılarına səslənirəm: səs verin, dəstək olun”.

Qeyd edək ki, “Eurovision”ın finalı saat 23:00-da yayımlanacaq. Çingiz “Truth” mahnısı ilə 20-ci nömrə altında səhnəyə çıxacaq.