Moskvada “Crocus City Hall”dakı terror aktı zamanı xəsarət alanların müalicə olunduğu xəstəxanadan bomba təhlükəsi ilə əlaqədar 900 nəfər təxliyə edilib.
Bu barədə Rusiya “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, mümkün partlayışla bağlı məktub N.İ Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib.
Xəbərdarlıqdan dərhal sonra insanlar binadan təxliyə edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Oxu.az