Daha bir “Boeing” təcili eniş etdibackend

“Aeroflot” şirkətinə məxsus “Boeing 777” tipli təyyarə Moskvanın “Şeremetyevo” hava limanında təcili eniş etməli olub.

“Yeni Gündem”in “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva – Tel-Əviv reysini həyata keçirən təyyarə havaya qalxdıqdan sonra yanacaq sisteminin sensorunda nasazlıq baş verib. Ekipaj heyəti geri dönmək barədə qərar qəbul edib.

Qeyd olunur ki, təyyarə uğurlu eniş edib. Xəsarət alan olmayıb.

Xatırladaq ki, Ukrayna Hava Yollarına məxsus “Boeing-737” tipli təyyarə yanvarın 8-i səhər saatlarında Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya düşüb.

Göyərtədə 167 sərnişin və 9 ekipaj üzvü olub. Sağ qalan olmayıb.