Dayanacaqdan qızı oğurlayıb zorladılar – VİDEObackend
İnternetdə Moskva Dairəvi Yolunda dayanacaqdan qızın qaçırılmasının videosu peyda olub.
Görüntüləri “Shot” Telegram kanalı yayıb.
Qeyd olunub ki, qız dostundan qayıdırmış və Şimal Tuşinoda Moskva Dairəvi Yolunun Novobutakovo dayanacağında taksi gözləyirmiş. Qəflətən Moldova dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı mikroavtobus ona yaxınlaşıb. Üç nəfər qızı zorakılıqla hədələyərək, onu meşə zolağına aparıb, orada zorlayıblar, sonra isə atıb çıxıb gediblər.
Kanalın məlumatına görə, qurban rəsmi işləmir, o, Moskvaya Nijni Novqorod vilayətindəki kiçik şəhər tipli qəsəbədən gəlib.