Dəmir yolu stansiyasının hasarına “göz dikən” şəxs saxlanıldı – FOTObackend
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinə ADY QSC-nin Şabran rayonunun Sarvan stansiyasından oğurluq edilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Saday İsmayılov saxlanılıb.

Aparılan araşdırmalar zamanı həmin şəxsin stansiya ərazisində olan daş hasarın üzərinə çəkilmiş çuqun barmaqlıqları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.