Dənizdə batan tələbənin meyiti tapıldıbackend

Bakı Dövlət Universiteti dənizdə batan tələbə ilə bağlı məlumat yayıb. 

Universitetin Mətbuat xidmətindən “Yeni Gündəm”ə verilən məlumata görə, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. S. Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.

Universitetdən bildirilib ki, o, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.